Ana səhifə
24 Sentyabr 2018

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 15-də keçiriləcək müsahibədə kimya, fizika və texnologiya müəllimi olmaq istəyən 764 namizədin iştirak edəcəyi gözlənilir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Tarix
15 Avqust 2018 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin