Ana səhifə
16 Dekabr 2018

Azərbaycan şirkətləri “6-cı Çin-Avrasiya” Sərgisində

Azərbaycan şirkətləri Çində 30 avqust – 1 sentyabr tarixlərində keçiriləcək “6-cı Çin-Avrasiya” sərgisində öz məhsulları ilə təmsil olunacaq.

İqtisadiyyat Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, avqustun 9-da Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.

AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “6-cı Çin-Avrasiya” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların Çinə ixracının genişləndirilməsi üçün əlverişli platforma olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu sərgi həmçinin, Çin bazarının imkanlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çin bazarı üzrə aparılmış araşdırmalar da bu bazarın Azərbaycan məhsullarının, xüsusilə də şərab, spirtli və alkoqolsuz içkilərin tədarükü üçün sərfəli olduğunu göstərir.

İclasda həmçinin, Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasının önəmi qeyd edilib, Azərbaycan brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi bildirilib. Məlumat verilib ki, AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə beynəlxalq sərgilərdə iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçiriləcək, onlarla beynəlxalq sərgilərdə iştirak məsələlərinə dair müzakirələr aparılacaqdır.

Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların “6-cı Çin-Avrasiya” Sərgisinə, “Made in Azerbaijan” brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Tarix
9 Avqust 2018 [15:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin