Şəkidə yük avtomobili aşıb

10:35 - 9 Avqust 2018 - HADİSƏ

Şəki rayonunda yük avtomobilini aşıran sürücü xəsarət alıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Kiş avtomobil yolunda baş verib. Kiş kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Qənirə oğlu Abdulhəmidov idarə etdiyi ZİL markalı yük avtomobilini Kiş körpüsü yaxınlığında aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Abdulhəmidov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-sabitdir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti