Xızıda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Xızı rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə üç nəfər - 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.report

Tarix
7 Avqust 2018 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin