Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır

18:12 - 3 Avqust 2018 - KİVDF

Vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması vacibdir

Sosial müdafiə müasir cəmiyyətlərdə inkişaf səviyyəsinin mühüm indikatorlarından hesab edilir. Beləki, müasir dövr üçün sosial müdafiə anlayışı insanların həyatı boyu qarşılaşacaqları ən müxtəlif risklərdən qorunması mexanzmi olmaqla fundamental insan haqlarından biridir.  Pensiya təminatı da bu haqlardan biridir. Bu istiqamətdə, yəni əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə  Azərbaycan hökuməti əsaslı islahatlar və təkmilləşdirmələr aparıb, “Pensiya haqqında” qanun qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Bildirilir ki,  Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ var.

Bu gün  ölkədə daha yüksək pensiya almaq istəyən vətəndaşlar var. Bunun üçün isə özəl pensiya fondlarının yaradılması günün tələbinə çevrilib. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda hələ ki, özəl pensiya fondları yoxdur. Lakin artıq yaxın zamanlarda ölkədə özəl pensiya fondlarının yaradılacağı gözlənilir. Bunu müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, qeyri-dövlət pensiya fondları ilə bağlı qanun layihəsi və digər müvafiq sənədlər artıq hazırdır: "Azərbaycanda özəl sığorta fondları var, amma yaxın gələcəkdə özəl pensiya fondları da yaradılacaq. Biz Milli Məclisdə "Sosial xidmət haqqında" qanun qəbul edilərkən orada özəl sosial xidmət müəssisələrinin yaradılması məsələsinə toxunmuşduq".

Qeyd edək ki, "Sosial xidmət haqqında" qanun ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən biri olan sosial xidmət sahəsində yaranan münasibətləri tənzimləyir, onlar üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edir. BMT Baş Məc­li­si­nin 1992-ci il­də qə­bul et­di­yi mü­va­fiq Qət­na­mə­nin prin­sip­lə­ri­nə uy­ğun ola­raq hər il ok­tyabr ayı­nın 1-nin Bey­nəl­xalq Ahıl­lar gü­nü ki­mi qeyd olun­ma­sı cə­miy­yət­də ahıl­la­rın prob­lem­lə­ri­nin həl­li­nə diq­qət və qay­ğı­nın ar­tı­rıl­ma­sı məq­sə­di da­şı­yır. Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin ahıl in­san­la­rın so­si­al mü­da­fiə­si­nin tə­min olun­ma­sı­na xü­su­si diq­qət və qay­ğı­sı 1993-cü il­dən öl­kə­miz­də də hər il Bey­nəl­xalq Ahıl­lar gü­nü­nün yük­sək sə­viy­yə­də qeyd olun­ma­sı­na və bu tə­bə­qə­dən olan in­san­la­rın eti­bar­lı so­si­al mü­da­fiə sis­te­mi ilə əha­tə olun­ma­sı yö­nün­də fə­al döv­lət si­ya­sə­ti­nin for­ma­laş­ma­sı­na sə­bəb olub. Yaş­lı nəs­lə mü­na­si­bət­də mil­li və ümum­bə­şə­ri də­yər­lə­ri ifa­də edən bu si­ya­sə­tin Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­si ahıl in­san­la­ra döv­lət qay­ğı­sı­nın da il­dən-ilə ar­tı­rıl­ma­sı ilə mü­şa­hi­də olu­nur.

Qeyd edək ki, "So­si­al xid­mət haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­na əsa­sən öl­kə­miz­də ya­şı 70-ə çat­mış şəxs­lər ahıl he­sab olu­nur­lar. Ahıllara sosial xidmət göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.Bu qanunun 4-cü maddəsi sosial xidmətdən istifadə hüququ tənzimlənir. Bildirilir ki, ahıllar müvafiq icra hakimiyyəti orqanı, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən həyata keçirilən sosial xidmətlərdən istifadə edə bilərlər(4.1). Bələdiyyə və ya özəl sosial xidmət müəssisələri, habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sosial xidmət onlarla ahıllar arasından bağlanmış müqavilə əsasında göstərilir (4.3). Göründüyü kimi qanunda özəl sosial xidmətdən də söhbət gedir. Qanuna müəyyən dəyişikliklər etməklə və ya özəl pensiya fondu ilə bağlı qanun qəbul etməklə məsələnin həllinə nail olmaq olar.

Özəl pensiya fondunun yaradılmasını N.Rəcəbli müsbət qiymətləndirir.

H.Rəcəblinin fikrincə, özəl pensiya fondlarının olması bir sıra üstünlüklər yaradacaq: "Əvvəla, sığorta bazarında rəqabət güclənəcək. İkincisi, hazırda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xətti ilə pensiya alanda belədir ki, vətəndaş uzun illər ərzində məcburi dövlət sığorta haqqı nə qədərdirsə, onu ödəyir. Sonda da Fond həmin adama qanunvericiliyə uyğun qaydada müəyyən edilmiş standart pensiya məbləğini verir. Vətəndaşın özəl fonda ödədiyi sığorta haqqı isə onun pensiyasının üstünə gələcək. Vətəndaş dövlətə müəyyən olunmuş məbləğdən artıq sığorta haqqı ödəyə bilmir, hətta ödəmək istəsə belə, dövlət ondan əlavə haqq götürmür. Özəl pensiya fonduna isə vətəndaş istədiyi qədər sığorta haqqı ödəyə biləcək. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə həmin vətəndaşa qayıdacaq".

Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən hələ 2008-ci il dekabrın 30-da təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı"nın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır. Proqramda deyilir: Azərbaycanda qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin inkişafı pensiyaçıların sosial müdafiəsi, eləcə də ölkədə maliyyə bazarının inkişafı baxımından çox əhəmiyyətlidir. Bunun üçün vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması vacibdir. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının pensiya ehtiyatı vəsaitlərinin yerləşdirilməsi və yerləşdirilməsinə nəzarət qaydaları işlənib hazırlanmalı, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri müəyyən edilməlidir. Qeyri-dövlət pensiya fondlarının fəaliyyətini stimullaşdırmaq məqsədi ilə müxtəlif vasitələrlə yanaşı, onlar sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilə bilərlər.

Bu məsələyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  münasibət bildirərkən deyib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəlikdə yer alan mövzudur. “Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir”.

Nazir qeyd edib ki, Azərbaycan özəl pensiya fəaliyyətinin inkişafında maraqlıdır və bununla bağlı özəl sektorun təkliflərini dinləməyə hazırdır: “Özəl pensiya fondlarının yaradılması və onların inkişafı öz növbəsində özəl sektorun inkişafını dəstəkləyəcək. Bu gün Azərbaycanda həyatın yığım sığortası qüvvədədir ki, bunu özəl pensiya fondlarına alternativ kimi qəbul etmək olar”.

Özəl pensiya fondlarının yaradılmasına münasibət bildirən iqtisadçı- ekspert Vüqar Bayramov qeyd etdi ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara təqaüd ödənişlərini seçim etmək baxımından vacibdir: “Vətəndaş sosial öhdəlikləri yerinə yetirir. Ancaq elə şəxslər var ki, onların gəlirləri özəl pensiya fondlarına ödəniş etmək imkanı verir. Bu baxımdan özəl pensiya fondlarının yaradılması vacibdir. Özəl pensiya fondu ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir. Məlumdur ki, dünyanın əksər ölkələrində özəl pensiya fondları fəaliyyət göstərir. Bu, əhalinin yalnız dövlət pensiya fondlarına deyil, həm də özəl sosial müdafiə fondlarına ödəniş etmələrinə imkan verir.

Burada vətəndaş könüllü şəkildə seçim edir. Bununla da vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Yəni pensiya yaşı tamam olduqda həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan pensiya əldə edəcək. Bu, insanlara gənc yaşında belə yaşlılıq dövrü üçün sosial təminatını təmin etməyə imkan verən sistemdir. Bunun dövlət üçün də əhəmiyyəti var”.

Həmsöhbətimizin sözlərinə görə, qeyd olunan pensiya fondlarının yaradılmasının müsbət tərəflərindən biri odur ki, fonddan faydalanan vətəndaşın təqaüd yaşı tamam olanda daha çox pensiya ala biləcək.

V.Bayramov onu da vurğuladı ki, özəl pensiya fondlarının yaradılması investisiyaların cəlb olunması baxımından vacibdir: “Fond vətəndaşlardan könüllü şəkildə yığım edir. Həmin yığımlardan iqtisadiyyatın fərqli strukturlarına yönəldilir.

Özəl pensiya fonduna inamın olması üçün fonda yığılacaq vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığorta olunması məsləhətdir. Belə olarsa, vətəndaşlar öz vəsaitini pensiya fonduna etibar edərlər”.

Qeyd edək ki, özəl pensiya fondları Qərb ölkələrində geniş yayılmış təcrübədir. Pensiya təminatını yaxşılaşdırmaq üçün vətəndaşlar paralel olaraq özəl pensiya fondlarına pul köçürürlər. Bununla da gələcəkdə həm dövlətdən, həm də özəl pensiya fondlarından təqaüd almaq imkanı əldə edirlər.

  

Xəbər xətti