Ana səhifə
25 Sentyabr 2018

Qobustanda Şok: gəlin ərini döyüb qayınanasını baltaladı

Qobustan rayonunda gəlin həyat yoldaşı və qayınanasına xəsarət yetirib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.

Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qayınanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127. 1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
1 Avqust 2018 [10:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin