"Qarabağ" - "Kukesi" oyununa nə qədər bilet satılıb?

16:42 - 31 İyul 2018 - İDMAN

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi cavab oyununa bilet satışı davam edir.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq sözügedən qarşılaşma üçün 15 min bilet satılıb.
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda hesab açılmamışdı.

Xəbər xətti