Çoxdəfəlik vizada müddət 90 gün müəyyən edilib

18:11 - 30 İyul 2018 - KİVDF

Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir

“Azərbaycanda həyata keçirilən islahatlar yalnız milli və regional xarakter daşımır. Azərbaycanda aparılan işlər qlobal əhəmiyyətə malikdir və ölkəmizi dünyanın qabaqcıl ölkələri sırasına qoşub. Hesab edirəm ki, yeni yaradılan “ASAN Viza” da bu islahatların tərkib hissəsidir. Heç kimə sirr deyil ki, turistin hansısa ölkəyə gəlməsi üçün bir nömrəli şərt vizadır. Hətta deyərdim ki, ölkə barədə ilk təəssürat elə bundan başlayır. Uzun müddətdir ki, bununla bağlı müəyyən problemlər var idi və müzakirələr aparılırdı. Azərbaycandan xaricə gedənlər, yaxud xaricdən ölkəmizə gələnlər çox olur.

Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, “ASAN Viza” o anlama gəlməməlidir ki, bu, məhz indiki dövrün dəyişikliyidir. Yaxud bu sahədə ciddi problemlərimiz var idi. Qətiyyən... Cənab Prezidentin siyasəti ondan ibarətdir ki, turistin ölkəyə gəlməsi üçün ilk növbədə onu qarşılayan mükəmməl infrastruktur olmalıdır. Çox sevindirici haldır ki, bu gün bizdə bütün infrastruktur var. Yəni düynayını istənilən ölkəsi ilə rəqabətə girəcək otellərimiz, xidmətimiz, yollarımız var. Ona görə də üzümüz ağdır və turistlər Azərbaycana rahat şəkildə gələ bilirlər”. Bunu Fuad Muradov deyib. 
Bu istiqamətdə atılan adımlardan biri Pezident İlham Əliyevin  “Vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında  imzaladığı fərmandır. Fərmana əsasən, bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Yəni, xarici vətəndaşlar, turistlər ölkəmizə səfər etmək istədikdə vahid “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da həmin portal vasitəsilə elektron formada alacaqlar. Heç bir dövlət qurumuna və ya özəl təşkilata müraciət etmədən onlayn qaydada vizanı əldə etmək mümkün olacaq. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək, “ASAN Viza” sistemin yaradılması isə çox təqdirəlayiq addımdır. Bu sistemin yaradılması həm ölkəyə turist axını yaradacaq, həm də turistlər haqqında dəqiq məlumatların olmasına gətirib çıxaracaq. Artıq viza verilməsi bundan sonra elektron şəkildə tətbiq olunacağına görə turistlərə hər şey rahat  olacaq.

Prezident İlham Əliyevin viza islahatları istiqamətdə həyata keçirdiyi tədbirlərdən biri də Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərmandır.  Fərmanı Prezident bu il yanvarın 31-də imzalayıb.  Sənəd Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunu təkmilləşdirmək, bu sahədə müasir informasiya texnologiyalarını tətbiq etməklə operativliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır və Hüquqi dövlət quruculuğu istiqamətində önəmli  fərmandır.
Haqzırda Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.
Xarici İşlər Nazirliyinin isə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsi mərhələli şəkildə həyata keçirilib. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumat Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilib və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görülüb.

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulmuş hallarda aidiyyəti dövlət qurumları Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsini təmin edirlər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycan Respublikasına gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin edib.
Bu Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minib.

Qeyd edək ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin təqdimatı ilə Miqrasiya Məcəlləsinə dəyişikliklər edilib. Məcəllənin qüvvədə olan 38-ci (Elektron vizalar) maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bəndə edilən yeni əlavəyə əsasən, çoxdəfəlik vizada müddət 90 gün müəyyən edilir.
Maddənin 3-cü bəndində isə bildirilir ki, Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Digər bənddə isə qeyd edilir ki, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saatmüddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. 

Bu maddənin 7 –ci maddəsində“ASAN Viza” sistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərilmsi əksini tapıb. Elektron viza pasporta yapışdırılmır, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edilir. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Bu barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürülür(8-ci bənd). 

Xəbər xətti