Bakıda bir nəfər körpüyə çıxaraq intihar etmək istəyir- Foto- Yenilənib

08:48 - 30 İyul 2018 - HADİSƏ

Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığındakı yol qovşağının üzərindəki körpünün üzərinə bir nəfər çıxaraq özünü atmaq istəyir. Ucnoqta.az xəbər verir ki, hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Onlar intihar etmək istəyən şəxsi fikrindən daşındırmağa çalışır. Həmin şəcsin ora necə çıxdığı məlum deyil. Çünki ərazi polis tərəfindən mühafizə olunur.

***10:10

 

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

 

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

Xəbər xətti