Ana səhifə
18 Oktyabr 2018

Sabah Xətaidə qaz olmayacaq

Sabah Xətai rayonunun əksər ərazilərində qaz olmayacaq. Ucnoqta.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, iyulun 18-də tarixdə saat 09:00-dan Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Fasilə Mehmandarov küçəsində diametri 100 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək prospekti, 5-ci Rezervua küçəsində yeni çəkilmiş diametri 159 mm-lik qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 mm-lik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır. Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Tarix
17 İyul 2018 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin