Ana səhifə
15 Oktyabr 2018

Allahşükür Paşazadə: "Gəncədəki təxribatların törədilməsində qonşu dövlətlərin əli var"

 "Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir", - deyə, A.Paşazadə əlavə edib.

Tarix
17 İyul 2018 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin