Sərhədçilər Füzulidə ilan sancan 83 yaşlı qadının həyatını xilas etdilər

11:00 - 17 İyul 2018 - Xəbər

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Füzuli rayon sakininin həyatını xilas ediblər.

Ucnoqta.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, iyulun 15-də Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.
E.Məmmədovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək veril­ib.

Xəbər xətti