Cəlilabadda “QAZel” aşdı, sürücü öldü

14:44 - 16 İyul 2018 - HADİSƏ

Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 17 radələrində Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində kənd sakini Məhəmməd Nuriyev idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Xəbər xətti