"Chrome"da istənilməyən saytların açılmasını ləğvetmə üsulu - Fotolar

18:38 - 16 İyul 2018 - Xəbər

Son zamanların ən çox istifadə olunan "Chrome" brauzerində bəzən hər hansı sayta daxil olan zaman əvvəlcə istənilməyən saytlar yeni pəncərədə açılır. Bunun hər hansı zərəri olmasa da, işi müəyyən qədər çətinləşdirir.

Bəs bunu necə ləğv etmək olar?

Ucnoqta.az Milli.az-a istinadən xəbər verir ki, bunun üçün əvvəlcə "Destkop"da (iş masasında) "Chrome" işarəsinin üzərinə gələrək "mouse"nin sağ düyməsini basıb, "properties" (xüsusiyyətləri) seçib, faylın yerləşdiyi qovluğu açmaq, burada üzərində rəqəmlər yazılan qovluğa daxil olub, "default_apps"ı seçib, artıq faylı (external_extensions.json) silmək lazımdır.

 


Xəbər xətti