“New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib

11:19 - 16 İyul 2018 - Xəbər

14 iyul 2018-ci  il tarixində “New Baku Hotel”-də “Musiqi  Axşamı” keçirilib.

Tədbirdə  SKAL-ın  Azərbaycan  üzrə  nümayəndələri, musiqi sevərlər və işgüzar insanlar  iştirak ediblər.  Tədbiri Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti  Ruslan Quliyev açaraq qonaqları salamlayıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. “Musiqi  axşamı”  tədbirinin proqramına  pianoçu Elçin Məmmədov müşayiəti ilə  Kamran Rzayevin ifasında Azərbaycan,  rus və ingilis   bəstəkarlarının  repertuarlarından mahnılar  daxil edilib.  Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”,  Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любиш”,  Elvis Preslinin  repertuarından  “Always on my mind”, “Speak softly love”,  Endi Uilyamsın  repertuarından “Speak softly love” mahnılarını ifa edib. Tədbirdə ifa olunan  mahnılar bütün qonaqların  ürəyincə oldu.
Tədbirin sonunda “New Baku Hotel” otelinin Satış və Marketinq departamentinin direktoru Tahir Məmmədov Kamran Rzayevə və pianoçu Elçin Məmmədova  təşəkkürnamə təqdim edib.

“New  Baku  Hotel”-in baş meneceri və Skal İnternational Baku Turizm Peşəkarlar Birliyinin Prezidenti Ceyhun Aşurov tədbirlə  bağlı  bildirib ki,  oteldə  daim işgüzar insanları  birləşdirən müxtəlif tədbirlər keçirilir. Tədbir  işgüzar insanlara gözəl istirahət etməklə yanaşı öz  işgüzar  əlaqələrini  də yaratmağa  imkan verir.  “New  Baku  Hotel”-in kommunikasiya planına uyğun olaraq 2018-ci ilin sonuna qədər  SKAL-ın  Azərbaycan  üzrə  nümayəndələri və işgüzar insanlar üçün  müxtəlif tədbirlərin  keçşirilməsi  nəzərdə tutulub. 

Qeyd edək ki,  SMART Hotel Management şirkətinin nəzdnində fəaliyyət göstərən “New Baku Hotel” öz geniş otaqları, 7 Sky Restoranı və Terrası ilə qonaqların xidmətindədir.


Xəbər xətti