Ana səhifə
20 Oktyabr 2018

Nazirlik reyd keçirib: qanunsuz ağac kəsənlər cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qumlaq bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində köküstə yaş 22-82 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Oğuz rayon sakinləri  Elnur Abduyev, Elmar Abduləzizov və İmran Əhmədov tərəfindən kəsildiyi müəyyən edilib.

Quba rayonu ərazisində keçirilən reyd zamanı Quba-Xaçmaz avtomobil yolunun 5-ci kilometrliyində köküstə yaş 16-50 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 17630 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Quba rayon sakini İmran İlyasov tərəfindən kəsildiyi məlum olub.

Gədəbəy rayonu ərazisində keçirilən reyd zamanı köküstə yaş 4-20 sm diametrliyində 28 ədəd yemişan ağacının kəsildiyi və təbiətə 3690 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Gədəbəy rayon sakini Polad Məmmədov tərəfindən kəsildiyi müəyyən edilib.

Füzuli rayonu ərazisində keçirilən reyd zamanı rayonun Alıxanlı kəndi ərazisində köküstə yaş 40-66 sm diametrliyində 8 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 8100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Füzuli rayon sakini  Alxan Quliyev tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı aktlar tərtib edilib və dəymiş ziyanların məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna  göndərilib. 

Tarix
16 İyul 2018 [10:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin