Dənizdə batan 5 nəfər xilas olunub

12:14 - 15 İyul 2018 - Xəbər

Xəzər dənizində batma təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN tərəfindən xilas olunub. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub.

Xəbər xətti