İtaliya Prezidenti Azərbaycana səfər edəcək

18:22 - 14 İyul 2018 - Xəbər

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək. S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək. Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir. Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək. Səfər iyulun 19-da başa çatacaq. Report

Xəbər xətti