Stoltenberq: Gürcüstan NATO-nun üzvü olacaq

13:01 - 12 İyul 2018 - DÜNYA

Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, bu məsələ NATO-nun davam edən sammitində razılaşdırılıb:

“Biz Gürcüstanın Avroatlantika yönümlü səylərini tam dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq, liderlərimiz bunu dünən təsdiq edib. Biz üzvlüyün hazırlanması üçün Gürcüstanla işləməyə davam edəcəyik”.trend

Xəbər xətti