Göygöldə avtomobil maneəyə çırpılıb, iki nəfər ölüb

13:06 - 10 İyul 2018 - HADİSƏ

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər xətti