Cəlilabadda ev yanıb

08:18 - 9 İyul 2018 - HADİSƏ

Cəlilabadda yanğın qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 30 m² olan yardımçı tikilinin tavanı 3 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti