Kürdə bir nəfər batıb

20:00 - 5 İyul 2018 - HADİSƏ

Kürdə batan şəxsin axtarışları aparılır. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər xətti