Mingəçevirdə 32 yaşlı şəxs intihara cəhd edib

14:36 - 5 İyul 2018 - HADİSƏ

 Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün sirkə turşusu içərək intihara cəhd edib.

Ucnoqta.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən yeni köçkün şəhərciyindəki 2 saylı binada baş verib. Məlumata görə, həmin ünvanda yaşayan 32 yaşlı İlqar adlı şəxs hələlik məlum olmayan səbəbdən 100 qram sirkə turşusu içərək intihara cəhd edib. O, ağır durumda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti