Qubada traktor aşdı: sürücü öldü

14:14 - 4 İyul 2018 - HADİSƏ

Qubada traktor aşıb

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quba rayonunun Qımılqazma kəndində “Belarus” markalı traktor aşıb. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Xəbər xətti