Ana səhifə
20 İyul 2018

Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəyəm"

 Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Nazənin Salayevanın vəkili Ceyun Yusifov məlumat verib. Onun sözlərinə görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı təzələnib.
Vəkil C.Yusifov vəsatət verərək icra məmurunun məhkəmədə dindirilməsini istəyib. Həmçinin o, vəsatətində bildirib ki, T.Qumral bütün sosial şəbəkələrdə, həmçinin yaxın ətrafına məhkəmə qərarını tanımadığını deyib.

Müğənni prokurorun suallarına cavabında da söyləyib ki, məhkəmənin verdiyi qərarı icra etməyəcək: "Məhkəmənin yanlış qərar çıxardığını düşünürəm. Ona görə də icra etmirəm".

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.
Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib və məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix
3 İyul 2018 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin