Ana səhifə
20 İyul 2018

İranın nazir müavini Mətbuat Şurasında olub

İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Ucnoqta.az xəbər verir ki, Mətbuat Şurasından verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan arasındakı bütün sahələrdəki dinamik münasibətlərin media tərəfi də var. Bu baxımdan rəhbərlik etdiyi qurumun İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış anlaşma memorandumuna diqqət çəkən Ə.Amaşov vurğulayıb ki, bu sənəd perspektiv əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaradır. Deputat İranın Mədəniyyət və İslami İrşad Nazirinin müavini Hosseyn Entezaminin, habelə İranın nüfuzlu İRNA xəbər agentliyi nümayəndələrinin ötən il Bakıya səfərindən söz açıb. O, həmçinin özünün 2016-cı ildə Tehrana səfərinin müxtəlif səmərəli istiqamətlərindən danışıb.

Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların gücləndirilməsinin vacibliyi önə çəkilib. Xüsusən də qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi üzərində dayanılıb. Bildirilib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik İran və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin müstəsna əhəmiyyət daşıdığı önə çəkilib.

Tarix
28 İyun 2018 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin