Türkiyədə terrorçularla atışma: iki hərbçi şəhid olub

16:43 - 27 İyun 2018 - DÜNYA

Türkiyədə təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə terrorçu PKK qruplaşması arasında atışma olub

Türkiyənin Kahramanmaraş əyalətində Engizek dağları bölgəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə terrorçu PKK qruplaşması silahlıları arasında baş verən atışma nəticəsində bir ixtisaslı çavuş və bir kənd qoruyucusu şəhid olub. “Report” “Haber7”yə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları arasında yaralananların da olduğu bildirilir.

Yaralılar əyalətdəki xəstəxanaya yerləşdirilib.
Antiterror əməliyyatı davam edir. 

Xəbər xətti