Ağdaşda 24 yaşlı oğlan itkin düşüb

17:35 - 25 İyun 2018 - Xəbər

Ağdaş rayon sakini naməlum şəraitdə itkin düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Güvəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Rüstəm İltifat oğlu iyunun 22-də saat 10:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və qayıtmayıb.
Ruhi əsəb xəstəsi olduğu bildirilən Rüstəm Qədirovun sonuncu dəfə Ucar rayonu ərazisində göründüyü deyilir. Boyu təxminən 175-180 santimetr olan Rüstəm Qədirov evdən çıxarkən əynində qara rəngli pencək və cins şalvar, qara rəngli kofta və ayağında çəkələk olub.

O, Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən xahiş olunur ki, Ağdaş rayon Polis Şöbəsinin 0504747177 və 0202355181 telefon nömrələrinə zəng edərək məlumat versinlər. 

Xəbər xətti