Bakıda ilk dəfə “Barbekyu-parti” CinemaPlus Amburan Mall-da- Foto+ Video

13:29 - 25 İyun 2018 - Xəbər

Bakıda ilk dəfə açıq hava altında barbekyu-parti keçirilib.

Tədbir “CinemaPlus Amburan Mall” premium kinoteatrında təşkil olunmuşdur. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə qonaqları gecənin sonunadək müşaiyət edib. 
Gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, KİV və bomond nümayəndləri olmuşdular.
Kinoteatrda həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil olunmuşdur. DJ bütün gecəni dinamik musiqi ilə insanları əyləndirirdi. 

Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik  ispan filmi -  “Eskobar”ın nümayişi ilə bitmişdir.  
Filmi dublyaj etmişdilər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev. 
Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadə. 
Filmin rejissoru və ssenariçisi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobar haqqında bəhs edir. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard. 
Həmçinin, qeyd edək ki,  “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarlar üçün 24 saat işləyəcək.  
Kinoteatr Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. “CinemaPlus Amburan”da dünya standartlarına cavab verən 3 zal var. Zallar rahat və ispan istehsalı olan yüskək səviyyəli kreslolar ilə təchiz olunub. Bundan başqa “CinemaPlus” Amburan Mall-da Master İmage 3D texnologiyası tətbiq olunur. 
Tədbirin təşkilində dəstək olmuşdular: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution, TORO Steak House restoranı, Merit Brand çaxır şirkəti, Red Bull,  TNT kuryer xidməti və Baltika-Bakı pivəbişirmə zavodu. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

"Barbecue Party" CinemaPlus Amburan Mall-da from CinemaPlus on Vimeo.


Xəbər xətti