Ana səhifə
14 Dekabr 2018

DİN: Axtarışda olan 19 nəfər saxlanılıb

İyunun 23-dən 25-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ötən iki gün ərzində ölkədə 207 cinayət faktı qeydə alınıb, onların da 44-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Tarix
25 İyun 2018 [10:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin