Azərbaycanın xarici dövlət borcu 2 dəfə artıb

13:26 - 22 İyun 2018 - Xəbər

Azərbaycanın xarici dövlət borcu devalvasiyadan sonra manatla ifadədə 2 dəfə artıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, ancaq naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər. Nazir Azərbaycanda reallaşdırılan “Kənd İnvestisiya Layihəsi” barədə də danışıb.

“Artıq söhbət 3-cü layihədən gedir. Bu layihənin də icrasının dayandırılmasından söhbət gedə bilməz. Onun davam etdirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə biz layihəni xarici borclanma hesabına reallaşdırırdıq, indi isə daxili maliyyə imkanları hesabına həyata keçirəcəyik. Artıq xaricdən vəsait cəlb etmək məqsədəuyğun deyil”-deyə, nazir sözlərinə əlavə edib.

Xəbər xətti