Neymar “Barselona”ya dönmək istəyir

15:36 - 16 İyun 2018 - Xəbər

Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniya təmsilçisi “Barselona”ya dönmək istəyir. “Report” “Marca”ya istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu artıq kataloniyalılarla əlaqə saxlayıb və onun transferi üçün danışıqlara başlanılmasını istəyib. Neymar “Atletiko”nun forvardı Antuan Qrizmannın “Barselona”ya keçidinin baş tutmadığı üçün bu addımı atıb. Karyerasını Fransada davam etdirmək istəməyən Neymarın xidmətində “Real Madrid” də maraqlıdır. Qeyd edək ki, Neymar 2013 – 2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, ötən yay 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

Xəbər xətti