Ana səhifə
26 Sentyabr 2018

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib. Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib. Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər. Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir. F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.
Tarix
16 İyun 2018 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin