Az yatmaq qarın qurşağını böyüdür

19:37 - 13 İyun 2018 - MARAQLI

"The Telegraph" qəzeti elmi araşdırmaya istinadən yazır ki, az yatmaq insanın qarın qurşağının genəlməsinə səbəb olur. Alimlər bildirirlər ki, gündə 6 saat yatanların bel qurşağı, gündə 9 saat yatanların bel qurşağından üç santimetrədək enli olur. Bu nəticələr təsdiq edib ki, yuxunun kifayət qədər saatlarda davam etməməsi diabet kimi metabolik (maddələr mübadiləsi) xəstəliklərə səbəb olur.

Leeds Universitetinin 1615 nəfər arasında apardığı araşdırma zamanı onlardan yatdıqları saatların və yedikləri qidaların gündəliyini tutmaq rica edilmişdi. Araşdırma zamanı habelə qan təzyiqi, qandakı xolesterol, qandakı şəkər, qalxanabənzər vəzin funksiyası təhlil edilir, habelə çəki və bel qurşağının ölçüləri götürülürdü.Bu araşdırmaların nəticəsində üzə çıxıb ki, gecə vaxtı 6 saat yatanların qarın qurşağı hissəsi 9 saat yatanlardan 3 sanitimetrədək enli olub. Az yatmaq həm də "yaxşı xolesterolun" miqdarının azalması ilə əlaqələndirilir. Belə xolesterol artıq piyin bədəndən çıxarılmasında və ürək xəstəliklərindən müdafiədə əhəmiyyətli rol oynayır.Leeds Universitetindən metabolizm eksperti doktor Greg Potter xatırladıb ki, 1980-ci illərdən bəri piylənmiş insanların sayı dünya boyunca iki dəfə artıb.Professor bildirir ki, piylənmə bir çox xəstəliklərə, ilk növbədə ikinci tip diabetin yaranmasına səbəb olur və məhz buna görə də alimlər piylənmənin səbəblərinin araşdırlmasına daha çox diqqət yetirirlər.Lakin bu araşdırma zamanı az yatmaqla qeyri-sağlam qidalanma arasında əlaqə aşkar edilməyib və bu, alimləri xeyli təəccübləndirib. Çünki başqa tədqiqatlar yuxu qıtlığınlın qeyri-sağlam qida seçimlərinə səbəb olduğunu göstərmişdi. Araşdırmanın baş eksperti professor Laura Hardie deyib ki, bizim tədqiqatmız az yatmaqla piylənmə arasındakı əlaqəni isbat edib.

Bu araşdırmadan bəlli olub ki, piylənmənin qarşısının alınmasında kifayət qədər yatmaq böyük rol oynaya bilər.
Bütün bunlar yaxşı yuxunun sağlamlıq üçün nə qədər mühüm olduğunu bir daha nümayiş etdirib.

 

Xəbər xətti