Bakıda restoranda yanğın olub

09:43 - 13 İyun 2018 - HADİSƏ

Bakıda restoran yanıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünun yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti