Şehiçin yeni klubu - 2 illik müqavilə və 550 min avro

15:36 - 11 İyun 2018 - İDMAN

Mövsümün sonunda “Qarabağ”dan ayrılan İbrahim Şehiçin Türkiyənin “Ərzurumspor” klubu ilə anlaşmasının detalları məlum olub.

Qol.az-ın “Fotomaç”a istinadən yaydığı xəbərə görə, bosniya və herseqovinalı qolkiper yenicə Superliqaya vəsiqə qazanmış komanda ilə 2 illik müqavilənin şərtlərini razılaşdırıb. İddiaya görə, 29 yaşlı qapıçı sabah İstanbula gedərək, rəsmi sözləşməyə imza atacaq.
 
Türkiyə mətbuatı Şehiçin “Ərzurumspor”da qazanacağı məbləği də açıqlayıb. Təcrübəli qolkiperin yeni klubundan illik 550 min avro alacağı bildirilib.
 
Qeyd edək ki, 2013-cü ildə 2018-ə qədər “Qarabağ”ın şərəfini qoruyan Şehiç Ağdam klubundan əvvəl Türkiyədə “Mersin idman Yurdu” klubunun formasını geyinib.

Xəbər xətti