Mingəçevirdə 44 yaşlı kişini ilan sancıb

16:28 - 7 İyun 2018 - HADİSƏ

Mingəçevir şəhər sakinini ilan sancıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Mingəçevirin “Energetiklər” qəsəbəsində baş verib. Orada yaşayan 1974-cü il təvəllüdlü Yaşar Kərimovu əlindən ilan vurub. Həmin şəxsi dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona lazımı tibbi yardım göstərilib. Y. Kərimov hazırda xəstəxanada müalicə olunur. 

Xəbər xətti