Hacıqabulda 11 yaşlı uşaq Kürdə batıb

10:49 - 7 İyun 2018 - HADİSƏ

11 yaşlı uşaq Kürdə boğulub. Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu, Meyniman kəndi ərazisində baş verib. 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlu Kür çayında batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər xətti