Samuxda su kanalında batan gəncin meyiti tapılıb

20:47 - 4 İyun 2018 - HADİSƏ

Samux rayonu, Əhmədbəyli kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun axtarışları başa çatıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, C.Allahverdiyevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti