Ana səhifə
21 Sentyabr 2018

“Gənclik Mall”da telefon oğurlayan şəxs saxlanılıb -Foto

“Gənclik Mall”da ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb. Belə ki, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli saxlanılıb.

Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub. Belə ki, O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üstündə olan və nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nazirlik bildirir ki, saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Tarix
2 İyun 2018 [12:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin