Şamaxıda kişi meyiti tapılıb

10:20 - 30 May 2018 - HADİSƏ

Şamaxı rayonunda kişi meyiti tapılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, meyit rayonun Göylər kəndi yaxınlığında aşkar edilib.  Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin sellofan torba ilə boğularaq öldürüldüyü bildirilir.  Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. 

Xəbər xətti