Bakıda 9 yaşlı uşağı avtomobil vurub

10:54 - 26 May 2018 - HADİSƏ

Bakıda sürücü 9 yaşlı uşağı vurub öldürüb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 25-də saat 19:30 radələrində paytaxtın Salyan yolu küçəsində baş verib. Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü İsmayılov Natiq Ramiz oğlu idarə etdiyi 99 FE 592 nömrəli “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qurbanov Rəvan Sərxan oğlunu vurub. 9 yaşlı R.Qurbanov hadisə yerindəcə keçinib.

Xəbər xətti