Rusiyada alkoqol məhsulları onlayn satılacaq

19:41 - 25 May 2018 - DÜNYA

Rusiyada alkaqol məhsullarının onlayn satılması haqda qanun layihəsi hazırlanıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın Maliyyə Nazirliyinin Vergi və Gömrük Siyasəti şöbəsinin müdiri Aleksey Sazanov bildirib.

“Qanun layihəsi 100% tamamlanıb. Bütün əsas iştirakçılar ilə razılıq əldə olunub. Lakin, müəyyən qurumlar ilə fikir ayrılığı var. Əsasən prinsipial olaraq razılaşmayanlar Səhiyyə nazirliyi və İstehlakçıların hüquqlarının və insan rifahının qorunması nəzarəti xidmətidir. Onlarla anlaşmazlıq protokolu imzalanıb” – Sazanov bildirib.
O qanun layihəsinin təsdiq olunacağına ümid edir.

Bununla belə səhiyyə nazirliyi indiyə kimi gecə vaxtı və azyaşlılara satış kimi tətbiq edilən qadağaların pozulmasından narahatçılıq keçirir. Həmçinin qanunsuz satışların artması problemi də ortaya çıxacaq.
Bütün bunlarla yanaşı Rusiya əhalisinin sayının əsas alkaqollu məhsullara görə azaldığı bir məqamda bu qanun layihəsinin qəbul edilməsi nə dərəcədə düzgündür sualı rus cəmiyyətini düşündürür.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə dünyada alkaqol içkilərin istismarı hər il 2,5 milyon insanın ölümünə səbəb olur. Rusiya və MDB məkanında, bu səbəbdən, hər beşinci adam alkoqol qəbulu ilə əlaqədar yaranmış xəstəliklərdən ölür.

Xəbər xətti