Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək

14:08 - 25 May 2018 - Xəbər

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay bu gün Gəncəyə gələcək.

Ucnoqta.az xəbər verir ki. bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Şuay Alpay Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, onun anasının atası (babası) Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. Həmçinin 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi məhz Məhəmməd Qasım bəyə tapşırılıb.

Xəbər xətti