Pirallahıdakı şpris istehsalı müəssisəsinin işə düşəcəyi tarix açıqlanıb

11:37 - 25 May 2018 - Xəbər

2018-ci il ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində 7 müəssisə fəaliyyətə başlayacaq.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Parkın baş direktoru Nazim Talıbov deyib.

Bundan başqa, onun sözlərinə görə, Pirallahı Sənaye Parkında inşa edilən şpris istehsalı müəssisəsinin bu ilin III rübündə işə düşməsi gözlənilir: “Bu müəssisədə ildə 150 mln. ədəd birdəfəlik şpirisin istehsalı nəzərdə tutulub. Bu isə daxili tələbatı ödəməklə yanaşı, ixraca da imkan verəcək”. 

Xəbər xətti