Tanınmış şairin şeirlər kitabı ingilis dilində çap olunub

19:00 - 24 May 2018 - Xəbər

Şair-publisist, tərcüməçi Dilsuz Musanın şeirlər kitabı ingilis dilində nəşr olunub.

Kitabın “Ön söz” müəllifi professor Vaqif Qəmbər, redaktoru şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri ingiliscəyə Sevil Gültən tərcümə edib. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Roads follow” (“Yollar, izlər”) kitabında müəllifin müxtəlif illərdə yazdığı ictimai motivli Vətən, torpaq, unudulmaz yurdlar və təbiət, insan sevgisi mövzusunda poetik mətnləri yer alıb.
Qeyd edək ki, adı ədəbi ictimaiyyətə yaxşı bəlli olan şairin indiyədək 4 şeirlər kitabı çıxıb. Bundan əvvəl isə onun şeirləri Ukrayna, alman, rus, gürcü dillərinə də tərcümə olunub. Dilsuz Musa bir sıra gürcü, rus, Ukrayna, Belarus, qazax, özbək, türkmən, qırğız şairlərinin şeirlərini də dilimizə tərcümə edib.

Xəbər xətti