Ana səhifə
17 Fevral 2019

İstirahət günlərində səyahətə çıxanlar üçün Hava Proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərinin hava proqnozunu açıqlayıb. Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, may ayının 19-20-də Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək. Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq. Naxçıvan Muxtar Respublikasında mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Bakıda yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.
Tarix
18 May 2018 [17:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin