Ana səhifə
22 Sentyabr 2018

Sevinc: "Məşhur olmaq istəyirsənsə, soyun, ya da..."

“Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur”.

Bu sözləri müğənni Sevinc Musayeva sosial şəbəkədə yazıb. Sənətçi son günlər efirlərdən uzaq gəzməsinin səbəbini açıqlayıb. O bildirib ki, məşhur olmaq üçün prodüserlər müğənnilərə açıq-saçıq təkliflər edirlər:

“15 ildir bu hadisələrlə mübarizə aparıram. "Gündəmdə yoxsan" sözlərinə belə cavab verməlisən: gündəminin səhnəsində Elza Seyidcahan kimi çox ağıllı olmalısan, Maral Tahirqızı kimi özünü gicliyə qoymalısan. Ya da “üzdəniraqlardan” prodüser tutmalısan. Ya sponsorla yatmalısan, ya da idmançı oğlanlardan özünə sevgili, ər tutmalısan. Sən də ailə qurmalısan, tez də boşanmalısan. “Lezva” mahnı oxuyub, özünə əl qatmalısan. Səhnədə meymun kimi qaçmalısan, alt paltarını reklam etməlisən. Belə dəlixanadan necə baş çıxartmalısan? Mənim kimi ayda-ildə bir dəfə mahnı oxumalsıan”.axşam.az

Tarix
18 May 2018 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin