Ana səhifə
11 Dekabr 2018

“WhatsApp”a yeni funksiyalar əlavə olundu

“WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. Belə ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub. “Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər. Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni “@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək. Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür. Yeni “WhatsApp” funksiyalarından “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.
Tarix
17 May 2018 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin