İsrail hərbçiləri Qəzza zolağını atəşə tutub

İsrail hərbçiləri Qəzza zolağını atəşə tutub.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb.   Məlumata əsasən, İsrail ordusunun tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın iki hərbi postunu atəşə tutub.   Ölən və yaralananlar barədə məlumat verilmir.   Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də  Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.
Tarix
16 May 2018 [22:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin